"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, ABŞ-dakı Hindistan Müsəlmanları Şurası Hindistanın Karnataka əyalətində hindli müsəlman tələbələrin hicab geyinməsinə qoyulan qadağaya qarşı ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları keçirib.
Bununla bağlı bir qrup vətəndaş cəmiyyəti fəalı və İstanbul vətəndaşı Hindistan konsulluğu qarşısına toplaşıb. Onlar əllərində plakatlar tutaraq və irqçiliyə qarşı şüarlar səsləndirərək Hindistanın Karnataka əyalətində hindli müsəlman tələbələrin hicab qadağasını pisləyiblər.