IQNA

Pakistanda beynəlxalq Quranla üns mərasimi keçirilib

19:43 - March 12, 2022
Xəbər sayı: 3491902
Pakistanın Sind Universitetində Suriya, Misir və Pakistandan olan bir neçə beynəlxalq qarilərin iştirakı ilə Qurani-Kərimlə üns mərasimi keçirilib.

"İQNA", "Down"-a istinadən xəbər verir ki, "Gözəl qiraət" adlı bu tədbir Camşuru bölgəsindəki Sind Universitetinin Ərəb və Fars Dilləri İnstitutu tərəfindən təşkil olunub.

Mərasim dünən universitetin Şeyx Əyaz zalında Misir, Suriya və Pakistandan olan Qarilərin iştirakı ilə keçirilib və pakistanlı Qari Siracın qiraəti ilə başlayıb

Tədbirdə çıxış edən Sind Universitetinin prorektoru, doktor Məhəmməd Siddiq Kəlhor bildirib ki, xaricdən doktorluq dərəcəsi almaq üçün 10 milyon rupi lazımdır. Amma Quran məktəbləri heç bir ödəniş etmədən Quran hafizi hazırlayır.

O əlavə edib ki, Qurani-Kərimi əzbərləmək niyyətində olanlara Allah Özü kömək edir.

4042026

captcha