IQNA

11-ci Qətər Quran Hifzi Yarışması keçiriləcək

8:58 - April 11, 2022
Xəbər sayı: 3492043
Ramazan ayında yeniyetmələr üçün 11-ci Qətər Quran Hifzi Yarışması keçiriləcək və qaliblər bu ayın sonunda açıqlanacaq.

"İQNA", "Penicular Qatar"-a istinadən xəbər verir ki, Kətəra məscidi və Qızıl Məsciddə uşaq və yeniyetmələr arasında 11-ci Qurani-Kərim hifzi yarışı keçirilir.

Bu yarışlar hər həftə bazar günündən cümə axşamına kimi axşam namazından sonra bir saat davam edəcək. Aprelin 21-də müsabiqənin bütün iştirakçılarının mükafatlandırılması mərasimi pul mükafatlarının və təşəkkür lövhələrinin verilməsi ilə başa çatacaqdır.

Bu yarışma əvvəlki dövrlərdə uşaqlar tərəfindən yüksək qarşılanmışdı. Həmçinin islami dəyərlərin və Qurandan qaynaqlanan gözəl əxlaqın və Peyğəmbərin (s) ədəbinin öyrədilməsindəki mühüm roluna görə valideynlər tərəfindən yüksək qiymətləndirilib.

Bu yarışda 20 oğlan və 15 qız olmaqla 10-15 yaş arası 35 uşaq iştirak edir.

4048304

Teqlər: qətər ، quran ، hifz ، müsabiqə ، ramazan
captcha