IQNA

Tanzaniya Quran Müsabiqəsinin qalibi olan gənc misirli qari

12:13 - April 27, 2022
Xəbər sayı: 3492140
Tanzaniyada keçirilən Quran müsabiqəsində birinci yeri qazanmış misirli gənc qari gələcəkdə ölkənin qabaqcıl qiraətçilərini əvəz edə biləcəyinə ümid etdiyini bildirib.

"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, Kəfr əş-Şeyx vilayətinin Mütəval kəndindən olan Məhəmməd İbrahim Əhməd Qənim Quransevər ailədə böyüyüb. O, Allahın kitabını səkkiz yaşında əzbərləməyə başlamış və on dörd yaşında doğma şəhərinin yerli müəllimlərinin nəzarəti altında onu bitirmişdir.

Gənc misirli qiraətçi böyük beynəlxalq yarışlarda birinci yeri tutaraq Uca Allah-taalanın onun arzusunu yerinə yetirməsinin sevincini dilə gətirib. O, Tanzaniyada keçirilən 22-ci Beynəlxalq Quran müsabiqəsində birinci yerə layiq görülüb.

O, bildirib ki, Tanzaniyada birinci yeri qazandıqdan sonra bir çox məşhur qarilər məni təbrik etdi.

Məsələn, Əhməd Nueynə məni WhatsApp mesajında ​​təbrik etdi.

Məhəmməd Qənim əlavə edib ki, uşaqlıqdan Ustad Məhəmməd Rəfət və Ustad Mustafa İsmayılın qiraətlərinə qulaq asıbdır və Şeyx Məhəmməd Rafatın layiqli davamçısı olacağına ümid edir. Bu gənc qari Əl-Əzhər Universitetində qiraət elmləri üzrə təhsil alır.

4052622

captcha