IQNA

Hamburq Quran Yarışmasının sona çatma zamanı açıqlanıb

20:46 - April 27, 2022
Xəbər sayı: 3492143
Almaniyanın Hamburq İslam Mərkəzi səkkizinci Avropa Qurani-Kərim müsabiqəsinin finalçılarının adlarını və bağlanış tarixini açıqlayıb.

İQNA, xəbər verir ki, bu müsabiqə Ramazan ayı münasibətilə Hamburq İslam Mərkəzinin nəzdində fəaliyyət göstərən Almaniyanın Darül-Quran təşkilatı tərəfindən təşkil olunmuşdu. Onun ilkin mərhələsi (videofaylın göndərilməsi) 22 aprel 2022-ci il tarixinə qədər virtual olaraq davam etdi.

Bu müsabiqənin bağlanış mərasimi, bütün fənlərin nəticələrinin elanı və qaliblərin mükafatlarının təqdim edilməsi 30 aprel 2022-ci il şənbə günü, Hamburq İslam Mərkəzində keçiriləcək.

Böyüklər üçün qiraət üzrə final mərhələsi həmin gün saat 18:00-da Hamburq İslam Mərkəzində əyani şəkildə keçiriləcək.

Digər fənlər üzrə final mərhələsi yoxdur və qaliblər 30 aprel şənbə günü elan olunacaq.

4052995

Teqlər: hamburq ، quran ، müsabiqə ، final ، almaniya
captcha