IQNA

14:53 - May 08, 2022
Xəbər sayı: 3492195
Fitr bayramı münasibəti ilə Nur Beynəlxalq Mikrofilm Mərkəzi indiki Hindistanın Nəqəvi seyyidlərinin nəsil şəcərəsini tamamladı və çoxlu sayda alim və mütəfəkkirlərin iştirakı ilə təqdimatı olub.

"İQNA", İctimaiyyətlə Əlaqələr Beynəlxalq Mikrofilm Mərkəzinə istinadən xəbər verir ki, Nəqəvi seyyidlərinin şəcərəsinin uzunluğu 600 metr, eni isə bir metrdir ki, bu da bir qrup tədqiqatçı tərəfindən tərtib edilmişdir. Bir qrup hindli xəttat və rəssam gül zərindən istifadə edərək onu dəri üzərində yazıb və onun gözəlliyini və dəyərini ikiqat artırıb.

Nəqəvi seyyidlərinin dünyada ən böyük şəcərəsinin təqdimatı olub

Amruha Hindistanın paytaxtından 170 km məsafədə, Uttar Pradeş əyalətində 200.000-dən çox əhalisi olan Hindistanın ən qədim yaşayış məntəqələrindən biridir. Bölgə əhalisinin təxminən 70%-ni müsəlmanlar təşkil edir.

Bu şəcərədə bu şəhərin seyyidlərinin 50 mindən çox adamın adı yazılıb.

Nəqəvi seyyidlərinin dünyada ən böyük şəcərəsinin təqdimatı olub

Hindistanda Beynəlxalq Nur Mikrofilmi Mərkəzinin rəhbəri deyib ki, indiyə qədər 40-dan çox seyyidlər şəcərəsini yazmaqla yanaşı, Nur Beynəlxalq Mikrofilm Mərkəzi seyyidlər adına ixtisaslaşmış kitabxananı açmağa çalışır.

Qeyd olunub ki, dünyanın ən böyük seyyidlər şəcərəsinin yazılması və tərtibi 5 il ərzində tamamlanıb.

4055082

Ad:
E-poçt:
* Comment:
* captcha: