IQNA

Malayziyanın Sabah şəhərində keçirilən Quran müsabiqəsinin qalibləri

20:53 - May 21, 2022
Xəbər sayı: 3492264
Mərasimdə Malayziyanın Sabah əyalətində keçirilən Quran tilavəti müsabiqəsinin kişi və qadın qalibləri müəyyən edilib və mükafatlandırılıb.

İQNA, "Brunei Post"-a istinadən xəbər verir ki, ibtidai sinif müəllimi Həmdi Yusif və Quran müəllimi Nur Fatin İzzəti Roblin 2022-ci il Sabah Qurani-Kərimin qiraəti və hifzi yarışmasında ən yaxşı kişi və qadın qiraətçiləri seçilib.

Həmdi kişilər bölməsində 89,3% xalla birinci yeri tutub. Sonrakı yerlərdə 89 xalla Əşrəf Aidin Nahar və 85,9% xalla Zonidi Misdaranay qərarlaşıb.

Nur Fatin İzzəti 88% xalla qadınlar bölməsinin qalibi elan edilib. İkinci və üçüncü yerdə 80 səslə Nəbilə Siafavati Sapri və 78,6 faizlə Pangir Diang qərarlaşıb.

Həmdi və Nur Fatin İzzəti iyun ayında Cohordada keçirilməsi planlaşdırılan builki Malayziya Milli Quran Yarışmasında Sabah əyaətini təmsil edəcəklər.

4058345

Ad:
E-poçt:
* Comment:
* :