IQNA

Küveyt həbsxanasında Qurana hörmətsizlik edilməsi parlamentdə müzakirə ediləcək

10:12 - May 22, 2022
Xəbər sayı: 3492266
Küveyt polisinin ölkənin mərkəzi həbsxanasında Qurana hörmətsizlik etməsi deputatları daxili işlər nazirini məsuliyyətə cəlb etməyə sövq edib.

"İQNA", "Əl-Qabəs"-ə istinadən xəbər verir ki, Küveyt Ümmət Məclisinin üzvü Əbdül-Əziz "s-Səqabi, deputatların Küveytin Mərkəzi Həbsxanasında küveytli zabitlərin Quran nüsxələrini atması və cırması qarşısında səssiz qalmayacağını vurğulayıb.

Küveytli millət vəkili zabitlərin Mərkəzi Həbsxanaya basqın etməsi, məhbusları təhqir etməsi və Qurana hörmətsizlik etməsi ilə bağlı xoşagəlməz faktlarla bağlı daxili işlər nazirinə parlamentin suallar verəcəyini açıqlayıb.

Əl-Səqabi deyib ki, bu hadisə heç vaxt qəbul edilməyəcək. Bu cinayəti törədənlərin cəzalandırılması vacibdir.

"Mən insidentin təfərrüatlarını öyrənmək üçün daxili işlər nazirinə parlament sualları göndərəcəyəm və biz heç vaxt polis üsullarından istifadə edərək xalqı qorxutmaq ilə barışmayacağıq", - deyə Küveytli deputat bildirib.

4058478

Teqlər: Küveyt ، həbsxana ، Quran ، parlament ، deputat
Ad:
E-poçt:
* Comment:
* :