IQNA

Peyğəmbərə (s) hörmətsizliyə qarşı İslam ölkələri vahid mövqe sərgiləməlidir

13:43 - June 08, 2022
Xəbər sayı: 3492368
Ümumdünya Müsəlman Alimlər Birliyi bəyanat yayaraq, Hindistanda Peyğəmbərə (s) hörmətsizlik olunmasına qarşı İslam ölkələrini vahid mövqe nümayiş etdirməyə çağırıb.

İQNA, xəbər verir ki, Beynəlxalq Müsəlman Alimlər Birliyi bir nüsxəsi İQNA-ya təqdim edilmiş bəyanatında Həzrəti Peyğəmbərin (s) müdafiəsini vurğulamış və bunu dini bir vəzifə adlandırmışdır.

Bəyanatda deyilir ki, Hindistandakı irqçi partiyanın Rəsuli-Əkrəmə (s) və müsəlmanlara qarşı etdiyi və İslam sivilizasiyasının kökünü kəsməsi açıq şəkildə pislənilməli olan iyrənc cinayətdir.

Hindu Partiyasının planlaşdırdığı bu faciəvi irqçi vəziyyət qarşısında Müsəlman Alimlər Birliyi aşağıdakıları vurğulayır:

Birinci: Həzrət Peyğəmbəri (s) və digər İslam müqəddəslərindən bütün hikmətli və təsirli vasitələrlə müdafiə etmək hamının dini vəzifəsidir.

İkincisi: Hər hansı bir şəxsin, qurumun və ya hökumətin Hindistan hökumətinə maddi və mənəvi dəstəyi şəriət tərəfindən qadağandır.

Biz həmçinin Hindistan hökumətini müsəlmanlara hücumda etdiyi hərəkətlərə görə rəsmən üzr istəməyə çağırırıq. Biz onları xəbərdar edirik ki, bu irqçi hərəkətlərin davam etdirilməsi hərtərəfli iqtisadi sanksiyalarla və ya başqa cür nəticələnəcək.

4062502

Ad:
E-poçt:
* Comment:
* :