IQNA

Misirli gənc 7 saat ərzində Quranın hamısını oxuyub

9:24 - July 20, 2022
Xəbər sayı: 3492583
Məhəmməd Əbdürrəhman Qurani-Kərimin hamısını 7 saat ərzində səhvsiz oxumaqla yeni rekorda imza atıb.

"İQNA", "Əxbarul-yəvm"-ə istinadən xəbər verir ki, Əczaçılıq fakültəsinin məzunu Məhəmməd Əbdürrəhman Qurani-Kərimin hamısını 7 saata bir səhv etmədən oxuyub. O, ailə üzvlərinin hamısının Quranı əzbər bildiyini və belə bir ailədə böyüdüyünü deyib. O, 9 yaşında ibtidai məktəbin dördüncü sinfində oxuyarkən Quranı bütünlüklə əzbərləməyi bacarıb.

Məhəmməd Əbdürrəhman qiraət üçün hazırlaşması barədə belə demişdir: "Əvvəlcə bir kursda Qurani-Kərimi bütövlükdə nəzərdən keçirdim, sonra digər bir kursda onun müxtəlif hissələrinin sırasını nəzərdən keçirdim. Son günlərdə hər gün beş cüzü nəzərdən keçirdiyim nöqtəyə gəldim".

Onun sözlərinə görə, Quranı əzbərləmək sahəsində təkrarlamaq ən vacib məqamdır. Çünki ayələr çox oxşar olduğu üçün insan onları tez unudur.

4071967

 

captcha