IQNA

Quran nə deyir? / 22

Quran Mübahilə hadisəsində dialoqa təkid edir

20:33 - July 26, 2022
Xəbər sayı: 3492617
Nəcran xristianlarının öz həqqaniyyətlərini sübut etmək üçün israrları ilə baş verən "Mübahilə" hadisəsindən sonra Qurani-Kərimdə yenidən dialoqa və ortaq cəhətlər əsasında birləşməyə çağıran ayələr nazil oldu. Bu ayələr həmçinin Quranın bir-biri ilə əlaqə saxlamaq üçün əsas yanaşmasını açıq şəkildə göstərir.

Mübahilə, iki tərəfin haqlı olduqlarnı sübut etmək üçün qarşılıqlı nifrin etməyə deyilir. Kim Allah tərəfindən lənətə düçar olsa, digər tərəfin haqlı olduğu sübuta yetirilir.

Mübəhlə hadisəsi Peyğəmbərin (s) Nəcran xristianlarına məktubu və onları İslama dəvət etməsi ilə başladı. Nəhayət bu hadisə, Nəcranilərin geri çəkilmələri və onların bəzilərinin iman gətirmələri ilə başa çatdı. Nəcranlı xristianlar böyüklərindən ibarət bir heyət Mədinəyə gəldi. Hər iki tərəf öz fikirlərinin haqq olmasında israr etdikdən sonra məsələnin Mübahilə yolu ilə həll olmasına qərar verdilər. Mübəhilə ayəsi də bu məsələyə işarə edir: "Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih-əleyhissəlam haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq" (Ali-İmran, 61).

Mübəhilə günü səhər Həzrət Rəsul (s) ailəsi, o cümlədən qızı Fatimə (s), vəsisi Həzrət Əli (ə) və nəvələri İmam Həsən (ə) və İmam Hüseyn (ə) ilə birlikdə Mədinədən çıxdı. Xristian heyətinin başçılarından olan Əbu Harisə Həzrət Məhəmmədin (s) kimlərlə gəldiyini gördükdə belə dedi: "Allaha and olsun ki, o, peyğəmbərlərin Mübəhilə üçün oturduğu kimi oturub. Sonra dönüb səsləndi: Məhəmməd haqlı olmasaydı, ən əzizləri ilə gəlməzdi. O, əgər bizimlə mübahilə etsə, il bitməmiş, yer üzündə bir nəfər də olsun xristian qalmaz".

Quran nəzərində müxaliflərlə dialoq edək yoxsa onlara qəzəblənək?

Xarəzmi Universitetinin ustadı Rəsul Rəsulipur Quranın bu məsələyə yanaşmasını təhlil edib. Ali-İmran surəsinin sonrakı ayələrinə işarə edərək bu, Mübahlə ilə çətin qarşıdurmanın Quranın əsas yanaşması deyil, əksinə, hidayət tapmaq üçün hər iki tərəfi başa salmaq olduğunu göstərir. Bu, Quranın çəkdiyi əsas yoldur.

O deyir ki, Nəcran xristianları Mübahlədən çəkildikdən sonra bu ayə nazil oldu: "De: Ey kitab əhli, gəlin bizimlə sizin aranızda bir olan kəlmə (barəsində peyğəmbərlərin və səmavi kitabların yekdil olduqları söz) ətrafında toplanaq (və o budur ki): Allahdan başqasına ibadət etməyək, heç bir şeyi Ona şərik qoşmayaq və bəzilərimiz Allahın yerinə bəzilərimizi tanrılar qəbul etməsin. Beləliklə, əgər (bu təklifdən) üz döndərsələr deyin: Şahid olun ki, həqiqətən, biz müsəlmanlarıq" (Ali-İmran, 64). Həzrət Peyğəmbər (s) buyurur ki, indiki siz mübahilə etmək istəmirsiniz, gəlin ortaq cəhətlərimizlə bağlı əhd edək.

Bu ayə Quranın Mübahlədən sonra başqa bir mövqe tapdığını göstərir. Mübahlə öz zamanında baş vermədi. Amma Quran daha demirdi ki, nə vaxt hazır oldunuz, gəlin mübahilə edək. Daha doğrusu, Quranın mövqeyi dəyişir. Deyir ki, gəlin ortaq cəhətlərdən danışaq. Mənim gəldiyim nəticə budur ki, həm Əhdi-Cədiddə, həm də Əhdi-Qədimdə müqəddəs mətnlərdə dialoq üçün zəmin var. İnsanlar şikayətlərini peyğəmbərlərə deyir, onlara suallarını verirlər.

Başqa bir məqam da budur ki, müqəddəs mətnlərdə və Qurani-Kərimdə Peyğəmbəri (s) təkfir edən və onları təhqir edən bir çox hallara rast gəlirik. Amma o həzrət dialoquna və ünsiyyətinə davam edir.

Müqəddəs mətnlərin əsas məqsədi sülh üçün ünsiyyət qurmaqdır. Yəni sərgərdan camaatla barışmağa və onlara deməyə gəliblər ki, bir yol var, Allah var, nəzarətçi var, ümidinizi kəsməyin. Ümid zəmini yaratmaq peyğəmbərlərin insanlarla söhbətidir. Xüsusən də Quranda "Ey insanlar" xitabından istifadə olunur ki, bu, çox ümidvericidir.

4071807

captcha