IQNA

Qahirə məscidlərində üçüncü mədəniyyət həftəsi keçiriləcək

11:04 - August 07, 2022
Xəbər sayı: 3492684
Misirin Vəqflər Nazirliyi Qahirənin Ramses meydanındakı Fəth məscidində üçüncü mədəniyyət həftəsinin keçiriləcəyini bildirib.

"İQNA", "Əl-Əhram"-a istinadən xəbər verir ki, Misir Vəqflər Nazirliyi bu nazirliyin üçüncü mədəniyyət həftəsinin keçiriləcəyini bildirib. Bu mərasim hər həftə Qahirənin mühüm məscidlərindən birində məğrib və işa namazları arasında keçirilir. Bu mərasimdə əxlaqi və dini məzmunlu çıxışlar edilir və Qahirənin tanınmış qariləri də Quran qiraət edirlər. Bu mərasimdə Misirin bir sıra siyasi və mədəni şəxsiyyətləri də iştirak edir.

Misirin Vəqflər Nazirliyi İslami Təbliğ Fakültəsinin keçmiş rəhbəri Camal Faruq və Qahirə Vəqf İdarəsinin müdiri Xalid Salahın “Allahın qarşısında gözəl ədəb” adlı çıxışı ilə üçüncü mədəniyyət həftəsinin proqramını açıqlayıb.

İkinci gün İslami Əsaslar Fakültəsinin keçmiş rəhbəri Bəkr Zəki Əvəz və İslam Araşdırmaları Mərkəzinin üzvü Abdullah Nəccar tərəfindən “Peyğəmbərin (s) qarşısında gözəl ədəb” adlı mövzu ilə çıxış ediləcək.

Bu mərasimin son günündə Misir Nümayəndələr Palatasının Dini Məsələlər Komitəsinin rəhbəri tərəfindən “Xalq qarşısında gözəl ədəb” adlı daha bir çıxış olacaq.

4076378

Ad:
E-poçt:
* Comment:
captcha