IQNA

İmam Hüseynin (ə) Aşura mərasimində yəmənlilərin izdihamlı iştirakı

21:49 - August 08, 2022
Xəbər sayı: 3492693
Yəmənin müxtəlif şəhərləri bu gün, avqustun 8-də bu ölkə xalqının Aşura yürüşündə izdihamlı iştirakının şahidi olub.

"İQNA", "Əl-Mənar"-a istinadən xəbər verir ki, Yəmən xalqı bu ölkənin paytaxtı Sana şəhərində Aşura günündə böyük bir yürüş keçiriblər.

Bu yürüyüşdə iştirak edən Yəmən müftisi Şeyx Şəmsəddin Şərəfüddin deyib: "Biz İmam Hüseyndən (ə) danışarkən, əslində, Allahın Öz bəndələri üçün qərar verdiyi ilahi plan və üsuldan bəhs edirik. Beləliklə də, ümmət öz məsuliyyətini dərk edib və həyata keçirir".

O əlavə edib ki, İmam Hüseyni (ə) bu qiyama vadar edən məsuliyyət hissi idi. Çünki bizim dinimiz dürüstlüyə, cəsarətə və bütün sahələrdə fəal iştiraka əsaslanır.

4076810

Ad:
E-poçt:
* Comment:
captcha