IQNA

İslam Əməkdaşlıq Təşkilatının Avropada İslamofobiyanın artması ilə bağlı narahatlığı

11:35 - September 22, 2022
Xəbər sayı: 3492963
İslam Əməkdaşlıq Təşkilatının baş katibi BMT-nin Baş Assambleyasında üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən iclasda Avropada islamafobiyanın artması ilə bağlı narahatlığını bildirib.

"İQNA", İslam Əməkdaşlıq Təşkilatının informasiya bürosuna istinadən xəbər verir ki, Bu qurumun Avropa müsəlman icması ilə təmas qrupu xarici işlər nazirləri səviyyəsində toplantı keçirib. Bu toplantıda İslamofobiyanın artması və Avropada müsəlmanların həyatında yaratdığı çətinliklərlə bağlı məsələləri müzakirə və təhlil edib.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiyası çərçivəsində keçirilən bu toplantıda Avropada islamafobiyanın artması ilə bağlı narahatlığını ifadə edib.

O, çıxışında bəzi Avropa ölkələrində müsəlmanların hazırkı vəziyyətinə və bu ölkələrdə anti-İslam əhval-ruhiyyəsinin artmasına işarə edib. Həmçinin harmoniya, anlaşma, qarşılıqlı hörməti təşviq etmək üçün konstruktiv dialoqa dəstək üçün daha çox səy göstərməyə çağırıb.

4086873

Ad:
E-poçt:
* Comment:
captcha