IQNA

Quran baxımından cavanın tərifəlayiq xüsusiyyətləri

14:03 - October 09, 2022
Xəbər sayı: 3493043
Gənclik insanın şəxsiyyətini müəyyən edən, həyəcan və emosiyalarla səciyyələnən həssas və həlledici dövrdür. Gəncliyin Quranda təriflənən xüsusiyyətlər vardır.

Allah gəncliyi “yüksək yetkinlik” kimi təqdim edir: "Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra (analarınızın bətnindən) uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə yaşadan Odur. İçərinizdə daha əvvəl (gənclik, ahıllıq, qocalıq çağlarına yetişmədən) öldürülənlər də var. (Bütün bunlar) müəyyən bir vaxta (ömrünüzün sonuna) yetişəsiniz və bəlkə, (Allahın vəhdaniyyətini) düşünüb anlayasınız deyə edilir" (Qafir, 67).

Qurani-Kərimdə bəzi peyğəmbərlərin gəncliyindən bəhs edilir. Bəzən də başqa gənc şəxsiyyətlərdən bəhs edilir ki, bunlar əsasında Quran gəncinin xüsusiyyətlərini anlamaq olar.

Gəncin xüsusiyyətlərindən biri də şücaətdir. Necə ki, Həzrət İbrahim (ə) cəsur bir gənc idi və bütpərəstlərin qarşısında dayanıb onların bütlərini sındırmağı bacarırdı: "(Müşriklərin bəziləri:) İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!” -dedilər.  (Ənbiya, 60).

Gənclər düşüncə vətəfəkkür sahibidirlər. Buna görə də onlar məsləhətləşmələr üçün yaxşı mənbədir. Necə ki, Həzrət İbrahim (ə) kiçik oğlu ilə məsləhətləşirdi: "O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən! O dedi: Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!" (Saffat, 102).

Gənclər sahib olduqları müsbət enerji ilə inancları üzərində dayanır və inanclarını davam etdirmək üçün çətinliklərə dözürlər; Həbsxananın sıxıntılarına dözən Həzrət Yusif (ə) və ya mağara əshabı kimi tanınan gənclərin başına gələnlər kimi: "(Ya Rəsulum!) Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver! (Bizi kafirlərin bəlasından, düşmənlərin təhlükəsindən qoru, bizə ruzi verib doğru yola yönəlt!) -demişdilər" (Kəhf, 10).

Gənclik dövrü səy, çalışqanlıq, hərəkətlilik və canlılıq dövrüdür. Qurani-Kərim bir daha Həzrət Musanı (ə) aktiv, zəhmətkeş və dinamik bir gəncin rəmzi və örnəyi kimi təqdim edir. O, sərmayəsiz, var-dövlətsiz, lakin zəhmətlə Həzrət Şüeyb (ə) üçün çalışmış, həyat yoldaşı seçib ailə qurduqdan sonra böyük sərvətlə öz şəhərinə (Misirə) qayıtdı.

3200305

captcha