IQNA

Tehranda 36-cı Beynəlxalq İslam Vəhdəti Konfransının açılışı oldu

20:12 - October 12, 2022
Xəbər sayı: 3493069
Tehranda 36-cı Beynəlxalq İslam Vəhdəti Konfransının açılışı baş tutub.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, açılış mərasimində İran prezidenti Seyid İbrahim Rəisi də iştirak edib.

Tədbir “İslam vəhdəti, sülh və İslam dünyasında mübahisələr və münaqişədən çəkinmə: Praktiki həllər və əməli tədbirlər” mövzusunda keçirilir.

Tədbirdə 60 ölkədən olan 200 İslam mütəfəkkiri və 100 iranlı mədəniyyət xadimi və siyasətçisi həm əyani, həm də onlayn şəkildə iştirak edirlər.

Beynəlxalq Konfransın məqsədi müsəlmanlar arasında birlik və həmrəyliyin yaradılması, alimlərin elmi və mədəni baxışlarının yaxınlaşdırılması istiqamətində onların konsensusu, həmçinin İslami vəhdətin əldə edilməsi və İslam dünyasında vahid ümmətin formalaşdırılması, həmçinin müsəlmanların problemlərinin həllinə nail olmaq üçün praktiki həllərin təqdimatı və gözdən keçirilməsidir.

İslami Vəhdət Konfransı İranda keçirilən vəhdət həftəsinə parallel keçirilir.

Ad:
E-poçt:
* Comment:
captcha