IQNA

Azərbaycanda son sutkada 53 nəfər COVID-19-a yoluxub

19:40 - October 15, 2022
Xəbər sayı: 3493083
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 822 538 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 165 nəfər müalicə olunaraq sağalıb, 9 931 nəfər vəfat edib, aktiv xəstə sayı 442 nəfərdir.

Ölkədə son sutka ərzində 2 141, hazırkı dövrədək isə 7 286 811 test aparılıb.

APA

Ad:
E-poçt:
* Comment:
captcha