IQNA

Quran surələri / 38

“Sad” surəsində şeytanın Allahın əmrinə itaət etməməsinin səbəbi

17:25 - October 31, 2022
Xəbər sayı: 3493176
Tarixi və dini mənbələrdə Şeytanın Allahın xüsusi qullarından biri olduğu bildirilir. İllərlə Allaha ibadət edən, lakin itaətsizlik üzündən qovulmuş və lənətlənmiş varlığa çevrilir.

Qurani-Kərimin otuz səkkizinci surəsi “S” (Sad) adlanır. 88 ayədən ibarət bu surə 23-cü cüzdə yerləşdirilmişdir. Məkkə surəsi olan “Sad” surəsi İslam Peyğəmbərinə (s) nazil olan otuz səkkizinci surədir.

Bu surənin “Sad” adlandırılması onun əvvəlində “S” hərfinin olması ilə bağlıdır. Bu surə İslam Peyğəmbərinin (s) tövhid və ixlas çağırışından, müşriklərin inadından, bəzi peyğəmbərlərin əhvalatlarından və qiyamət günü təqvalı və fasiq qrupların vəsfindən bəhs edir. Allahın İblislə söhbəti, İblisin qovulması və lənətlənməsi də bu surədə qeyd olunub.

Bu surənin əsas mövzusu İslam Peyğəmbəri (s) və Allahın ona nazil etdiyi kitabla tövhid və ixlas çağırışı haqqındadır.

Bu surə İslam Peyğəmbərinin (s) tövhid və peyğəmbərliyi və müşriklərin ona qarşı inadkarlığı mövzusu ilə başlayıb. Quranda tədəbbür və təfəkkürün zəruriliyi və müşriklərin Quran haqqında bəzi açıqlamaları ilə davam edir. Bu surə Allahın 9 peyğəmbərinin, xüsusilə Davudun (ə), Süleymanın (ə) və Əyyubun (ə) hekayətindən bəhs edir. Təqvalı və fasiq qrupların vəziyyətindən danışır. Kafirlərin qiyamətdə və cəhənnəm əhlinin bir-biri ilə müharibəsində aqibətlərini vəsf edir.

Həmçinin bu surədə İbrahim, İshaq, Yəqub, İsmail, Əl-Yəsə və Zul-Kifl də peyğəmbərlər və Allahın xüsusi qulları kimi qeyd edilmişdir.

Sonda insanın yaradılışından və onun yüksək məqamından və mələklərin Allahın əmri ilə Adəmə səcdəsindən bəhs edilir. Sonra şeytanın Adəmə səcdə etməkdən imtina etməsindən bəhs edir. Şeytan deyir ki, səcdə etməməyin səbəbi onun oddan, Adəmin isə palçıqdan yaradılmasıdır. Çünki od palçıqdan üstündür. Həmçinin qiyamətə qədər insanları aldatmağa and içir.

captcha