IQNA

Quran surələri / 39

"Zumər" surəsində Quranın elmi möcüzəsi

15:59 - November 08, 2022
Xəbər sayı: 3493230
Qurani-Kərimdə, o cümlədən "Zumər" surəsində çoxlu elmi möcüzələr görmək olar. Bu sahələrdə heç bir araşdırma aparılmadığı bir dövrdə bu məsələlər gündəmə gətirilib. Bu gün isə, yüz illər sonra bəşəriyyət bu həqiqətləri əldə edib.

Qurani-Kərimin otuz doqquzuncu surəsi "Zumər" adlanır. 75 ayədən ibarət bu surə 23 və 24-cü cüzlərdə yerləşdirilmişdir. Məkkədə nazil olan "Zumər" surəsi İslam Peyğəmbərinə nazil olan əlli doqquzuncu surədir.

"Zumər" qruplar və dəstələr deməkdir. Bu söz bu surənin 71 və 73-cü ayələrində zikr edilmişdir. Burada cənnət əhlinin cənnətə daxil olması və cəhənnəm əhlinin cəhənnəmə qovulmasına işarə olunur. Bu surədə cənnət və cəhənnəm əhlinin xüsusiyyətləri və halları təsvir edilmişdir.

"Zumər" surəsinin əsas məzmununu tövhid və ibadətdə ixlaslı olmağa dəvət hesab etmişlər. Bu surə tövhidin təsirlərini bəyan etməklə başlayır. Peyğəmbərdən (s) öz dinini pak etməsi, müşriklərin məbudlarına əhəmiyyət verməməsi və dində tövhid və ixlaslı olmağa məmur olduğunu onlara elan etməsi istənilir.

"Zumər" surəsi bir neçə mühüm hissədən ibarətdir. Bu surədə ən mühüm şey xalis tövhidə çağırışdır. Həmçinin Allaha ibadət və bəndəlikdə ixlas məsələsi dəfələrlə vurğulanmışdır.

Bu surədə insanın adətən ehtiyac və acizlik anlarında Allaha üz tutduğu, lakin rahatlığa çıxdıqdan sonra qəflətə düçar olması tənqid edilir. Buna əsasən də xalis ibadət və bəndəliyə təkid edilmişdir.

Bu surədə vurğulanan digər mühüm məsələ isə məad, Allahın böyük ədalət məhkəməsi, Qiyamət qorxusu, əməllərin nəticəsinin üzə çıxması və cəhənnəm və cənnət əhlinin xüsusiyyətlərinin bəyan edilməsidir.

"Zumər" surəsinin diqqətçəkən mövzularından biri də bu surənin altıncı ayəsində yer alıb. Bu ayədə buyurulur: "Allah sizi tək bir nəfərdən (Adəmdən) xəlq etdi. Sonra onun özündən həmtayını (Həvvanı) yaratdı. O, heyvanlardan (erkək və dişi olmaqla) səkkiz cift (baş) əmələ gətirdi. O sizi analarınızın bətnində üç zülmət (pərdə, uşaqlıq və qarın) içində yaranışdan-yaranışa salaraq yaradır (nütfəni laxtalanmış qana, laxtalanmış qanı bir parça ətə, əti sümüyə çevirir, sonra sümüyü ətlə örtüb insan şəklinə salır). Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur, Ondan başqa heç bir tanrı yoxdur. Elə isə (Allaha ibadət etmək əvəzinə bütlərə tapınmaqla haqdan) necə olur ki, döndərilirsiniz? (İmandan necə dönürsünüz?)".

Təfsirçilərin fikrincə, bu ayədə üçlü zülmət qarın, uşaqlıq və plasentanın (dölün qoyulduğu xüsusi su torbası) qaranlığıdır. Amma bəzi təfsirçilər üçlü qaranlığın mənasını dölün yerləşdiyi plasenta (xüsusi su kisəsi) hesab etmişlər və o torbada dölün üzərinə çəkilmiş üç qalın pərdə vardır. Bu ayə Quranın elmi möcüzələrindən biri kimi qeyd olunur.

Oxşar xəbərlər
captcha