IQNA

Quranın surələri / 48

"Fəth" surəsində müsəlmanlara açıq-aydın qələbə müjdəsi verilib

14:16 - December 17, 2022
Xəbər sayı: 3493426
İslamın əvvəlindəki müsəlmanlar üçün ən taleyüklü hadisələrdən biri Hüdeybiyyə sülhü oldu. Müsəlmanlarla müşriklər arasında 10 illik barışıq əldə olundu. Bu sadə bir hadisə kimi görünsə də, bu sülh müsəlmanlara çoxlu qələbələr gətirdi.

Qurani-Kərimin 48-ci surəsi “Fəth” adlanır. 29 ayədən ibarət bu surə Qurani-Kərimin 26-cı cüzündə yer alıb. Mədinə surəsi olan "Fəth", İslam Peyğəmbərinə (s) nazil olan yüz on ikinci surədir.

Bu surənin “Fəth” adlandırılması ona görədir ki, surənin əvvəlində "Fəth Mubin" (aşkar qələbə) haqqında danışır. Bu, hicri 6-cı ildə Hüdeybiyyə sülhü zamanı baş vermiş qələbədir. Bu sülh Peyğəmbərlə (s) Məkkə müşrikləri arasında 10 illik barışıq idi. Bu müqavilə digər böyük qələbələrlə nəticələndi; Məsələn, hicri 7-ci ildə Xeybərin fəthi, hicri 8-ci ildə Məkkənin fəthi və bu arada çoxlu sayda müşriklərin İslamı qəbul etməsini qeyd etmək olar. Bunlar “Fəth Mubin”dir ki, surə bu adla tanınır.

“Fəth” surəsinin əsas məzmunu müsəlmanların zəfəri və Allahın Öz Elçisinə və möminlərə qoyduğu minnət xəbəridir. Həmçinin axirətdə iman, cihad və ixlasın mükafatını almaq və mücahidlərin Allah yolunda səhvlərinin bağışlanma müjdəsidir. Bu surədə kafirlərə və münafiqlərə xəbərdarlıq edilib. Peyğəmbərin (s) yüksək məqamının təsviri, vəhy və risalət məqsədləri qeyd edilmişdir.

Bu surə aşkar qələbə müjdəsi ilə başlayır və İslam Peyğəmbərinin (s) Məkkəyə daxil olmaq arzusunun həyata keçməsini vurğulayır.

Digər bir hissədə isə münafiqlərin uğursuzluqlarından və döyüş meydanında iştirak etməmək üçün əsassız bəhanələrindən nümunələr danışır və münafiqlərin yersiz tələblərinə toxunur.

Sonra döyüş meydanında iştirak etməsi lazım olmayan qrupları təqdim edir. Nəhayət, bir bölmədə İslam Peyğəmbərinin (s) məktəbinin davamçılarının xüsusiyyətlərindən və onların məxsus sifətlərindən bəhs edir.

Oxşar xəbərlər
captcha