IQNA

Quran surələri / 47

"Məhəmməd" surəsində hərbi əsirlərlə necə davranmağa toxunulub

11:23 - December 14, 2022
Xəbər sayı: 3493416
Qurani-Kərimin qırx yeddinci surəsi "Məhəmməd adlanır. Burada qeyd olunan mövzulardan biri də hərbi əsirlərlə necə davranmaqdır.

Mədinə surələrindən biri olan "Məhəmməd" surəsi İslam peyğəmbərinə (s) nazil olan doxsan beşinci surədir. 38 ayədən ibarət bu surə 26-cı cüzdə yerləşdirilmişdir. İkinci ayədə həzrət Muhəmmədin (s) adının çəkilməsi bu surənin belə adlandırılmasının səbəbidir.

Məhəmməd surəsində əsas diqqət çəkilən mövzular möminlərin yaxşı xüsusiyyətlərini və əməllərini, kafirlərin pis və çirkin xüsusiyyətlərini və əməllərini sadalamaqdır. Hər iki qrupun Qiyamət günü əməllərinin nəticələrini müqayisə etmək və İslam düşmənləri ilə cihad və müharibə məsələsidir.

Bu surənin əksər ayələrində müharibə məsələsinə toxunulmasının səbəbi onun Ühüd (müsəlmanların məğlubiyyətinə səbəb olan müsəlmanlarla müşriklər arasında baş verən ikinci müharibə) döyüşü ilə eyni vaxtda nazil olmasıdır.

Aradan getmək və faydalı olmamaq mənasında olan iki “İzlal” və “Əhbat” kəlməsinin təkrar-təkrar işlədilməsi, kafirlərin əməllərinin təsviri və sonuna işarədir.

Bu surənin məzmununu aşağıdakılarda xülasələşdirmək olar:

İman və küfr, möminlərin və kafirlərin dünya və axirətdəki vəziyyətinin müqayisəsi, düşmənlərlə cihad və hərbi əsirlərin vəziyyəti ilə bağlı göstərişlər, bu ayələrin nazil olması zamanı Mədinədə təxribatçı fəaliyyətlə məşğul olan münafiqlərin bioqrafiyası, “yer üzünü gəzmək” tövsiyəsi və ibrət almaq üçün əvvəlki ümmətlərin aqibətinin araşdırılması, müharibə və infaqla bağlı ilahi imtahan məsələsi bu surənin mövzularındandır.

Bu surədə qeyd olunan mövzular arasında “Həbt” və ya “Əhbat” məsələsi də var. O mənada ki, pis əməllər yaxşı əməlləri aradan aparır. Döyüş əsirləri haqqında dörd mühüm fiqhi və hərbi hökm, Allahın yolunu kəsən kafirlərin əməllərinin məhv olması və dəyərsizliyi, Məkkəni tərk etmək barədə Allah Rəsuluna (s) ürək-dirək verməsi və Məkkəyə şərəfli qayıdış vədi, infaq etməyə təşviq etmək və xəsislikdən çəkindirmək bu surənin digər mövzularından biridir.

“Məhəmməd” surəsi müsəlmanların müşriklərlə və yəhudilərlə davamlı vuruşduqları, müharibədə əzmkarlıq, xərcləri təmin etmək və infaq etməyə ehtiyac duyduqları bir dövrdə nazil olmuşdur. Əslində cihad və İslam düşmənləri ilə müharibə məsələsi bu surədə qeyd olunan ən mühüm məsələdir. Həmçinin hərbi əsirlərlə rəftarla bağlı tövsiyələr verilmişdir. Məsələn buyurur: "(Ey möminlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət qoyub) məccani, ya da fidyə müqabilində azad edin! (İstəsəniz, əsirləri bağışlayıb pulsuz-parasız azad edər, ya onları mübadilə edər, ya da müəyyən məbləğ pul, mal müqabilində buraxarsınız). (Əmr) budur! Əgər Allah istəsəydi, onlardan (başqa cür -müharibəsiz də) intiqam ala bilərdi. Lakin O sizi bir-birinizlə imtahana çəkmək üçün (vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürənlərin əməllərini əsla puç etməz” (Məhəmməd, 4).

Oxşar xəbərlər
captcha