IQNA

Quran surələri / 43

"Zuxruf" surəsi və onda bəhs olunan mövzular

20:53 - November 29, 2022
Xəbər sayı: 3493338
Allah bütün hadisələrdən xəbərdardır və eyni zamanda insanlara öz müqəddəratlarını təyin etmək səlahiyyəti vermişdir. "Zuxruf" surəsinə görə keçmiş və gələcək hadisələrin hamısının qeyd olunduğu bir yer var.

Qurani-Kərimin qırx üçüncü surəsi “Zuxruf” adlanır. 89 ayədən ibarət bu surə Qurani-Kərimin 25-ci cüzündə yer alıb. "Zuxruf" surəsi Məkkə surələrindən biridir ki, İslam Peyğəmbərinə (s) nazil olan altmış üçüncü surədir.

Bu surənin adı 35-ci ayədə qızıl-bəzəklər mənasını verən "Zuxruf" sözündən götürülmüşdür. Bu söz dünyanın və dünyəvi məsələlərin dəyərsizliyinə işarə edir.

Bu surədə Quranın əhəmiyyətindən və Peyğəmbərin (s) nübüvvətindən, tövhidin bəzi dəlillərindən və şirklə mübarizədən bəhs edilir. Həmçinin bəzi əvvəlki peyğəmbərlərin və onların qövmlərinin əhvalatlarından bəhs edilir. Bəzi təfsir kitablarına görə, bu surənin əsas məqsədi insanlara xəbərdarlıq etməkdir.

Bu surənin əvvəlində Qurani-Kərimin əhəmiyyətindən, İslam Peyğəmbərinin (s) peyğəmbərliyindən və cahillərin bu müqəddəs kitab qarşısında nalayiq davranışlarından bəhs edilir.

Bu surədə tövhidin bəzi dəlilləri və Allahın insanlara verdiyi müxtəlif nemətlər sadalanır. Həmçinin şirklə mübarizə, Allaha nahaq verilən nisbətləri inkar etmək, kor-koranə təqlid və xurafatlarla mübarizə məsələsi vurğulanır. Bu baxımdan Həzrət İbrahim (ə), Həzrət Musa (ə) və Həzrət İsa (ə) kimi əvvəlki peyğəmbərlərin hekayələrinə işarə edilir.

Məad, möminlərin mükafatı, kafirlərin aqibəti məsələsi bəyan edilib. Habelə imansız şəxslərin düşüncələrinə hakim olmuş və hökm sürən saxta dəyərlərə işarə edir. Onlar bu əsassız dəyərlərə görə mühüm həyat məsələlərini dəyərləndirərkən hər cür səhvlərə yol verirlər.

Bu surədə qeyd olunan məsələlərdən biri də “Ümmül-kitab” və “Ləvh Məhfuz” ünvanı ilə qeyd olunan yerdir. “Ümmül-kitab” üç surədə “Ali-İmran”, “Rəd” və “Zuxruf” surələrində gəlib. Bəzi hədislərdə "Ümmül-Kitab" bütün Qurana, bəzilərində isə "Həmd" surəsinə şamil edilir.

“Ləvh Məhfuz” da dünyada baş verən bütün hadisələrin qeydə alındığı yerdir. Bu hadisələr tam təfərrüatlarla qeyd olunur və heç bir şəkildə dəyişdirilə bilməz. Bu kitabın növü məlum deyil, baxmayaraq ki, o kitab, mütləq kağızdan və ya maddi bir şey deyil.

Oxşar xəbərlər
captcha