IQNA

Quran nə deyir? / 37

Ehtiyacı olanlara kömək etmək üçün Allaha borc vermək

15:05 - November 23, 2022
Xəbər sayı: 3493307
Allaha borc vermək məsələsi Quranda yeddi dəfə qeyd olunur ki, bu da sosial nizama, yəni ehtiyacı olanlara kömək etməyə dəlalət edir. Bu təbir maraqlı olan gizli mənalara malikdir.

Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız” (Bəqərə, 245).

Allaha borc vermək, Allah yolunda edilən infaq (yoxsullara yardım) deməkdir. Yuxarıdakı ayə ona işarə edir ki, siz infaq etməklə belə düşünməyin ki, malınız azalır. Ruzinin genişlənməsi və məhdudlaşdırılması Allahın əlindədir.

Allaha borc vermək mövzusu Quranda yeddi dəfə qeyd olunur. “Məcməul-Bəyan” təfsiri Qərzul-Həsənənin şərtlərini belə bəyan etmişdir:

1_ Halal maldan olmalıdır. 2- Sağlam olmalıdır. 3- İstifadə üçün zəruri olmalıdır. 4- Minnətsiz olmalıdır. 5- Riyasız olmalıdır. 6- Gizlin olmalır. 7- Sevgi və fədakarlıqla verilsin. 8- Tez ödəyin. 9- Borc verən bu uğura görə Allaha şükür etməlidir. 10- Borc alanın abrı qorunmalıdır.

“Qərz” ərəbcə kəsmək mənasındadır. "Kredit" verməyin borc adlandırılması da malın bir hissəsinin kəsilib başqalarına yenidən geri alınması üçün verilməsinə görədir.

Cihad bəzən canla olur ki, bu ayədən əvvəlki ayədə qeyd olunub. Bəzən də malla cihad etməkdir ki, bu ayədə qeyd olunub.

Allaha borc vermək ibarəti onu göstərir ki, yaxşı borcun mükafatı Allahın öhdəsindədir. Borc verməyi əmr etmək əvəzinə, kimin Allaha borc verəcəyini soruşur ki, insanlar ikrah və məcburiyyət hiss keçirməsinlər. Başqalarına həvəslə və rəğbətlə borc versinlər.

Borc verənlərə Allahın mükafatı həm dünyada, həm də axirətdə verilir. Çünki “mükafatını (əvəzini) qat-qat artırsın” ibarətinin kənarında buyurur: “Onlar Ona qaytarılacaqlar”. Sanki qiyamətin hesabı dünya mükafatlarından ayrıdır.

Münafiqlər deyirdilər: Müsəlmanlara infaq etməyin ki, Allah Rəsulunun yanından dağılsınlar. Quran onlara belə cavab verdi: “Onlar nə fikirləşirlər, məgər bilmirlər ki, göylərin və yerin xəzinələri Allahın əlindədir!” (Münafiqun, 7).

"Nur" təfsirində ayənin mesajları:

1_ İnsanlara kömək etmək Allaha kömək etməkdir.

«يُقْرِضُ اللَّهَ» بجاى «يقرض الناس»

2_ İnsanları yaxşı işlərə sövq etmək üçün təşviq etmək lazımdır. «فَيُضاعِفَهُ لَهُ أَضْعافاً كَثِيرَةً»

3_ ruzimizin çox olmasını Allahın əlində hesab etsək, asanlıqla xərcləyərik. «واللّه‌ يَقْبِضُ وَ يَبْسُطُ»

4_ Ona qayıdacağımızı və verdiyimizi geri alacağımızı bilsək, asanlıqla xərcləyərik. «إِلَيْهِ تُرْجَعُونَ»

captcha