IQNA

Qətər Dünya çempionatında tarixi əlyazma Quran nümayiş olunacaq

7:04 - November 30, 2022
Xəbər sayı: 3493340
Qətər İslam Mədəniyyəti Mərkəzində dünya çempionatı həvəskarları üçün miladi 1783-cü ilə aid əlyazma tarixi Qurani-Kərim nümayiş etdiriləcək.

"İQNA", "Əl-Vəsət"-ə istinadən xəbər verir ki, Küveytin “Səlsəbil” Assosiasiyası Qətər Dünya Çempionatının qonaqlarını İslam mədəniyyəti və dəyərləri ilə tanış etmək məqsədi ilə "Əl-Mubdi" (gccic) beynəlxalq incəsənət konsaltinq şirkətinin rəsmilərinin Qətər İslam Mədəniyyət Mərkəzində bu mərkəzin baş direktoru Saleh ibn Əli Əl-Mərinin sədrliyi ilə yüksək vəzifəli Qətər nümayəndə heyəti ilə görüşnü təşkil edib.

Bu görüşdə "Əl-Mubdi" şirkəti tərəfindən Qətər nümayəndə heyətinə 1783-cü ilə aid əlyazma tarixi Quran nüsxəsi hədiyyə edilib.

Səlsəbil Dərnəyinin baş direktoru Şeyx Əhməd Əl-Farsi deyib: "Bu assosiasiya Qətər Dünya Çempionatında keçirilən tanıtım və mədəni tədbirlərdə iştirak etmək üçün əhəmiyyətli səylər göstərmişdir. Həmçinin bu tarixi Quran Dünya Çempionatının azarkeşlərini Quranla tanış etmək məqsədi ilə göstərilən bu səylərdən biridir".

Saleh ibn Əli Əl-Məri də deyib: "Bu tarixi Quran Qətər İslam Mədəniyyəti Mərkəzinin birinci mərtəbəsindəki İslam sivilizasiyasının daimi sərgisində nümayiş etdiriləcək və çoxlu ziyarətçi cəlb edəcək".

O, əlavə edib: "Qətər İslam Mədəniyyəti Mərkəzi strateji mövqeyə malikdir. O, bir çox turist və Dünya Çempionatının azarkeşləri üçün dayanacaq yeri olan "Vaqif bazar"ının yaxınlığında yerləşir.

“Əl-Mubdi” Qlobal Şirkətinin icraçı sədri Seyyid Bədah Əl-Mutiri də deyib: "Quranın bu versiyası Afrikada Şeyx “Əbdül-Kərim Bəkr Əl-Hacc” tərəfindən yazılmışdır. Onun yazısı hicri 1205-ci ilin Ramazan ayında və miladi ilə 1783-cü ildə tamamlanmışdır".

4103206

Ad:
E-poçt:
* Comment:
captcha