IQNA

Misirli qiraətçinin Misir Quran Radiosunda fəaliyyəti dayandırıllb

14:25 - December 28, 2022
Xəbər sayı: 3493484
Misirli bir qarinin Qurani-Kərimi oxuyarkən yersiz hərəkət etməsi onun bu ölkənin Quran Radiosunda çıxışının bir il müddətinə qadağan edilməsinə səbəb olub.

"İQNA", "Ərəbi 21"-ə istinadən xəbər verir ki, məşhur misirli qarilərdən birinin yersiz kimi qiymətləndirdiyi addım Misirdə geniş reaksiyalara səbəb olub.

Misirdəki Quran Qariləri və Hafizləri Birliyi Məhəmməd Əl-Səlkavi bu qarinin 2023-cü il dekabrın 21-dək bir il müddətinə bu ölkənin Quran radio proqramlarından uzaqlaşdırılacağını açıqlayıb.

Bu birlik təsdiq edib ki, Əl-Səlkavinin fəaliyyətini dayandırmaq qərarı Qurani-Kərimin münasib olmayan qiraəti, onun ədəb-ərkanına zidd olan hərəkətləri və Quran tilavəti zamanı muğam qaydalarına sahib olmaması ilə bağlıdır.

Videoçarxda Əl-Səlkavinin dəfn məclisində Quran tilavəti göstərilir ki, qəfildən iştirakçılardan biri ayağa qalxıb onun qiraətini tərifləmək üçün Əl-Səlkavinin yanında dayanıb, lakin bu qari yersiz əl və baş hərəkətləri ilə Qurana hörmətsizlik edib.

Bu videoklipin səbəb olduğu mübahisə, onun hərəkətlərinin tənqidi və Quran Hafizləri Birliyinin qərarından sonra Əl-Səlkavi bir video klip yayımlayaraq etdiyi hərəkətə görə üzr istəyərək deyib: "Müqəddəs Kitabı oxuyarkən etdiyim qeyri-iradi hərəkətə görə Uca Allahdan üzr istəyirəm".

O, əlavə edib ki, mən cəzanı azaltmaq üçün deyil, Allah-Təalanın razılığını əldə etmək və bağışlanma diləmək üçün üzr istəyirəm.

Quran Qariləri və Hafizləri Birliyinin katibi Şeyx Siddiq Mahmud Əl-Menşavi bildirib ki, bu birliyin üzvlərinin davranışlarını izləməkdə məqsəd misirli qarilərin imicini qorumaqdır. O vurğulayıb ki, qiraət edən dinləyicilərin təsiri altına düşməməlidir. Qarilərin bəzi nalayiq davranışlarına qarşı durmaq lazımdır ki, belə səhvlər təkrarlanmasın.

4110214

captcha