“İQNA”-nın “Əl-Misri Əl-Yəvm”-ə istinadən verdiyi xəbərə görə, Qurani-Kərimdəki elmi möcüzələr haqqında müzakirəni müasir misirli tədqiqatçı Əbdür-Rəzzaq Nofəl başlayıb.
1935-ci ildə Nöfəl ateist olan həmkarlarından biri ilə Allahın varlığını müzakirə etdi. Bu səbəbdən də Nofəl 1935-1957-ci illərdə bu sahədə araşdırmalar aparmış və bu dövrdə “Quran və Elmul-hədis” (Quran və günün elmi) adlı ilk kitabını nəşr etdirmişdir. Sonra “Əl-İcazul-Ədədi lil-Quranil-Kərim” (Quranın say və ədəd möcüzəsi) kitabını yazdı.
Əbdür-Rəzzaq Nofəl kitabında Quranın elmi möcüzəsi ilə bağlı bir çox mövzuya toxunmamış ola bilər. Lakin o, Qurani-Kərimdə elmi möcüzə ideyasını məlum strukturda ilk başlatan şəxs hesab olunur.
Əbdür-Rəzzaq Nofəl (1917-1984) misirli tədqiqatçı və Quran haqqında yazılmış əsərlərin müəllifidir 1917-ci il fevralın 8-də Misirin Damietta şəhərində anadan olub. Əbdür-Rəzzaq Nofəl 1938-ci ildə kənd təsərrüfatı üzrə bakalavr dərəcəsi almışdır. Təsadüfən ilahiyyat mövzularını izləmiş və bu sahədə əsərlər yazmışdır. 1984-cü il mayın 12-də vəfat etmişdir.
Nofəlin əsərlərinin əksəriyyəti Qurani-Kərimin möcüzələrindən bəhs edir ki, bunları qeyd etmək olar: “Allah vəl-Elmul-hədis” (Allah və müasir elm); “Əl-İcazül-Ədədi lil-Quranul-Kərim” (Qurani-Kərimin ədəd və sayla bağlı möcüzəsi), “Sunullah” (Allahın yaratdığı), “Möcuzətul-Quran” (Quran möcüzəsi) , "Ya Rəbb" (Ey Pərvərdigar), "Əl-Quranu Dəvaun" (Quran dərmandır), "Ət-Tərqim fil-Qurani-Kərim" (Qurani-Kərimdə rəqəmlər), "Əsrarur-Ruh" (Ruhun sirləri) və “Ayatun fi Ayat” (ayələrdəki işarələr), “Əl-Quran vəl-İncil və Nəhayətu İsrail” (Quran və Müqəddəs Kitab), “Əl-Quran vəl-Müctəməul-hədis” (Quran və müasir cəmiyyət) və “Əl-Muslimun və Elmul-hədis” (müsəlmanlar və müasir elm).
Bu, Misir prezidentinin dini məsələlər üzrə müşaviri Usamə Əl-Əzhərinin çıxışıdır.