IQNA

20:40 - February 13, 2023
Xəbər sayı: 3493699

İnqilabın Ali Məqamlı Rəhbəri, Əhli-beyt (ə) şairi Kərimi Marağalının vəfatı münasibəti ilə başsağlığı mesajı verib

İslam İnqilabının Ali Məqamlı Rəhbəri, şirin sözlü şair cənab Mirzə Hüseyn Kəriminin vəfatı ilə bağlı başsağlığı mesajı verib.

İnqilabın Ali Məqamlı Rəhbəri, Əhli-beyt (ə) şairi Kərimi Marağalının vəfatı münasibəti ilə başsağlığı mesajı verib

Mesajın mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

Cənab Höccətül-İslam Ali-Haşim!

Mərhum şirin sözlü və satirik şair cənab Mirzə Hüseyn Kəriminin vəfatı münasibəti ilə Azərbaycanın sənət ictimaiyyətinə, əziz Marağa xalqına və xüsusilə o mərhumun möhtərəm yaxınlarına başsağlığı mesajımı çatdırın. Mərhuma Allahdan rəhmət diləyirəm.

Seyyid Əli Xamenei

13 fevral 2023

 

captcha