IQNA

"Bavariya"nın seneqallı futbolçusunun Quranla ünsiyyəti

23:53 - March 19, 2023
Xəbər sayı: 3493887
“Bavariya” komandasının seneqallı futbolçusu Sadio Manenin Quran oxuduğu görüntülər sosial şəbəkələrdə müsəlman istifadəçilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

"İQNA", "Veto"-ya istinadən xəbər verir ki, "Bavariya"nın seneqallı futbolçusu Sadio Manenin Leverkuzenlə "Bayer"nin oyunundan əvvəl Quran oxuduğu görüntülər sosial şəbəkələrdə müsəlman istifadəçilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

"Bavariya"nın almaniyalı futbolçusu Tomas Müller komandanın seneqallı futbolçusu Sadio Mane ilə təyyarədə çəkilmiş şəklini paylaşıb. Orada bu müsəlman oyunçu Qurani-Kərim oxuyur.

Bu görüntü sosial şəbəkədə müsəlmanlar və ərəblər tərəfindən böyük rəğbətlə qarşılanıb. Xüsusən də seneqallılar onun İslam təlimlərinə daim bağlı olduğuna xatir ərəb ölkələrində məşhurdurlar.

Futbolçular arasında Sadio Mane islami ayinlərə riayət etməklə tanınır. Sadio Mane müntəzəm olaraq beş vaxt namaz qılır və heç vaxt spirtli içki qəbul etmir. Daily Mail-ə verdiyi müsahibədə bu seneqallı oyunçu vurğulayıb: "O, ömrü boyu heç vaxt spirtə toxunmayıb."

O, zədə səbəbindən son dünya çempionatında Seneqal yığmasını müşayiət edə bilməyib. Onun Seneqalda populyarlığı o həddə çatıb ki, bu ölkədə bir sıra insanlar onun sağalması üçün Seneqalın bir sıra məscidlərində dualar edib və Quranı xətm etmə mərasimi təşkil ediblər.

4129069

captcha