IQNA

Fransa millisinin müsəlman futbolçularından orucun təxirə salınması ilə bağlı qəribə tələb!

12:41 - March 27, 2023
Xəbər sayı: 3493921
Fransa Futbol Federasiyası ölkə millisinin müsəlman futbolçularından Ramazan ayında oruc tutmağı təxirə salmağı istəyib.

"İQNA", "Morocco World News"-a istinadən xəbər verir ki, Fransanın "L'Equipe" idman kanalı bildirib: "Fransa milli futbol komandasının müsəlman futbolçularından milli komandanın müqəddəs ayda keçiriləcək oyunlarının sonuna qədər oruc tutmağı bir neçə gün təxirə salmaq istənilib.

L'Equipe əlavə etdi: "Fransa millisinin heyəti heç kəsi inanclarına itaətsizlik etməyə məcbur etməyəcək, lakin onlar ümid edirlər ki, oyunçular Ramazan ayındakı oyunlar zamanı oruc tutmağı beş gün təxirə salmağa qərar verəcəklər".

Lakin müsəlmanlar milli komandanın tövsiyələrindən narazı olduqlarını bildiriblər və bir çoxları sosial şəbəkələrdə bu hərəkəti tənqid ediblər.

Bir Twitter istifadəçisi deyib: "Ramazan belə işləmir, FFF-yə [Fransa Futbol Federasiyasına] ar olsun".

Digər sosial şəbəkə istifadəçisi isə Fransa və İngiltərənin bu sahədəki yanaşması arasındakı fərqə toxunaraq tvitində yazıb: "Bu arada İngiltərə Premyer Liqasında müsəlman futbolçulara oyunlar zamanı iftar etmək üçün icazə verilir.

Cümə günü Fransa milli futbol komandası Avro-2024-ün seçmə mərhələsində Hollandiya ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib. Fransa yığmasının bazar ertəsi İrlandiya Respublikası ilə qarşılaşması planlaşdırılır.

4129887

captcha