IQNA

14:29 - April 11, 2023
Xəbər sayı: 3494004

Ayə və rəvayətlər Qədr gecəsinin həqiqətinin sirrini açır

Quran ayələri açıq şəkildə Qədr gecəsinə işarə edir. Bu ayələrə diqqət yetirmək Qədr gecəsinin bizim üçün əhəmiyyətini aydınlaşdıracaq.

Ayə və rəvayətlər Qədr gecəsinin həqiqətinin sirrini açır

Tehran Universitetinin ustadı Məcid Maarif İslam Məzhəbləri Universitetində keçirilən “Qədr gecəsinin həqiqəti və Ramazan ayında dua etmək” toplantısında Qədr gecəsinin məqamından danışıb ki, onun bir hissəsini aşağıda oxuya bilərsiniz.

Qurani-Kərimdə Qədr gecəsi ilə bağlı işarələr var. “Bəqərə” surəsində buyurur: «شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَى وَالْفُرْقَانِ»

“Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır” (Bəqərə, 185). Quranın bir gecədə, yoxsa müxtəlif gecələrdə nazil olduğunu aydınlaşdırmaq üçün Duxan surəsinin əvvəlində belə deyir: «إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةٍ مُبَارَكَةٍ إِنَّا كُنَّا مُنْذِرِينَ».

 Bu mübarək gecənin əhəmiyyətini daha geniş şəkildə ifadə etmək üçün “Qədr” surəsi adlı xüsusi bir surə nazil etmişdir.

«إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ سَلَامٌ هِيَ حَتَّى مَطْلَعِ الْفَجْرِ»

Bu ayə təkcə min aydan daha dəyərli olan Qədr gecəsinin məqamını göstərir. Sonra deyir ki, bu gecədə mələklər nazil olurlar.

Qədr gecəsində mələklərin eniş mərkəzi “insan”dır.

Görünür, Qədr gecəsi haqqında açıq və ya eyhamla xəbər verən ayələr toplusu bu üç halla məhdudlaşır. Bu məzmunda daha az diqqət yetirilən başqa bir ayə də var ki, o ayə "Nəhl" surəsinin ikinci ayəsidir:

«يُنَزِّلُ الْمَلَائِكَةَ بِالرُّوحِ مِنْ أَمْرِهِ عَلَى مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ أَنْ أَنْذِرُوا أَنَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاتَّقُونِ»

"O, mələkləri öz ilahi ruhu ilə bəndələrindən istədiyi şəxsə göndərər (və onlara göstəriş verər) ki, camaatı xəbərdar edər (və desinlər): “Məndən başqa ibadətə layiq olan məbud yoxdur, Mənə qarşı gəlməkdən (əmrdən) çəkinin" (Nəhl, 2). Bu ayə “Qədr” surəsindəki ayə ilə çox oxşardır.

Ayədə buyurulur ki, O, mələkləri bəndələrindən istədiyinə göndərir. Bu ayə oxuduğumuz bütün ayələrlə müqayisədə əlavə bir məqama malikdir ki, mələklər ruhla birlikdə bu dünyaya nazil olur və onların eniş mərkəzi insandır. Mələklər cansız təbiətə enməzlər və onların enmə yeri insandır.

4132916

captcha