IQNA

Hindistanda Quran və Azan yarışlarının qalibləri mükafatlandırılıb

10:10 - May 01, 2023
Xəbər sayı: 3494102
Aprelin 29-da Hindistanın Lakxnau şəhərinin “Moumal” zalında Quran hifzi və azan yarışlarının qaliblərini mükafatlandırmaq üçün təntənəli mərasimi keçirilib.

"İQNA", "Hindistan"dan xəbər verir ki, bu mərasimdə Quran və Azan yarışlarının qalibləri medal və sertifikatlarla təltif edilib. Həmçinin bu yarışlarda bütün Laknaudan 120-yə yaxın oğlan və qız iştirak edib.

Bu proqram Höccətül-İslam Mövlana Mənzər Abbas Şəfiinin qiraəti ilə başlayıb. Daha sonra Əhli-beyt (ə) şairi Mövlana Sabiri Əli Omrani Quranın əzəməti haqqında şeir oxuyub.

Mərasimdə iştirak edən bəzi uşaqlar bu məqasimdə Qurana maraq göstərərək onu əzbərdən oxumağa başlayıblar.

Muamal Mədəniyyət İnstitutunun yaradıcısı Höccətül-islam İhtişam Əl-Həsən institutu tanıtdırıb və sonra mükafatların paylanmasına başlanıb.

Laknaudan gənc və gözəl səsli qari Vasif də proqrama qatılıb və Quran tilavət edib. Höccətül-islam Mövlana Musa Rza Yusifi və höccətül-islam Mövlana Səid Əl-Həsən Nəqəvi Quranın əhəmiyyətini vurğulayaraq valideynləri təbrik ediblər.

4137565

captcha