IQNA

İsveçdə Quranın yandırılmasına qarşı mitinq keçiriləcək

10:22 - July 09, 2023
Xəbər sayı: 3494433
Stokholm (IQNA)- İsveç İslam Birlikləri Stokholmda Quranın yandırılmasına qarşı etiraz aksiyası keçirməyə çağırıb.

"İQNA", xəbər verir ki, İsveçin Stokholm şəhərindəki İmam Əli (ə) İslam Mərkəzi bu mitinqin bazar günü, iyulun 9-da yerli vaxtla saat 13:30-da keçiriləcəyini bildirib.

"Medborgarplatsen" toplanma yeri; Stokholmun mərkəzində Qurani-Kərimin təhqir olunduğu yer elan edilib və müsəlmanlar və Quranı sevənlər orada iştirak etmək üçün dəvət olunub.

Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda Qurban bayramı zamanı Salvan Momika adlı İraq əsilli şəxs Stokholm Böyük Məscidinin qarşısında Qurani-Kərimi yandırıb.

Bu şəxs polisin geniş mühafizəsi altında Medborqar Platsendə yerləşən Stokholm Böyük Məscidinin qarşısına gələrək, reaksiyalara baxmayaraq Qurani-Kərimi yerə ataraq İslam dinini təhqir edərək yandırıb.

Bu iyrənc hərəkət geniş ərəb-islam və beynəlxalq qınaqlarla üzləşdi. İraq Momikanın mühakimə üçün təhvil verilməsini tələb etdi.

4153352

captcha