"İQNA", "Nafizətun ələl-aləm" saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının baş müftisi və elmi araşdırmaların rəhbəri Şeyx Əbdüləziz ibn Abdullah ibn Məhəmməd Əl-Şeyx öz sözlərində vurğulayıb: "Qurani-Kərim tilavətinin böyük savabı var. Səudiyyə Ərəbistanı Krallığının dəstəklədiyi Quran yarışları bu fəziləti əldə etməyə kömək edir. Bu yarışlar müsəlmanların Quranı öyrənmək əzmini artırır. Onları Quranı əzbərləməyə və onun üzərində düşünməyə təşviq edir. Mötədilliyə, qülüvvdən və həddi aşmaqdan çəkinməyə təşviq edir".
Səudiyyə Ərəbistanının baş müftisi əlavə edib: "Kral Əbdüləzizin Qurani-Kərimin əzbərlənməsi, qiraəti və təfsirinin beynəlxalq müsabiqəsi müsəlmanları əzbərləməyə və qiraət etməyə təşviq edir. Həmçinin onların Quran təlimləri əsasında böyüməsinə kömək edir. Habelə Qurana, Peyğəmbərin (s) sünnəsinə diqqət etməyə, mötədil və insaflı nəsil yetişdirməyə kömək edir".
Səudiyyə Ərəbistanının baş müftisi qeyd edib: "Səudiyyə Ərəbistanı Krallığı yarandığı gündən Qurani-Kərimə diqqət yetirir və işlərin başında olan bütün padşahlar eyni yolu davam etdirirlər".
O, bildirib ki, bu Quran yarışları yaşından və mədəniyyətindən asılı olmayaraq dünya müsəlmanlarının qəlbinə və ruhuna böyük təsir göstərəcək. Onları haqq yolunda bir araya gətirən Qurandır.
4165856