"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, Beynəlxalq Quran İnstitutu, Dubay Mükafatının himayəsi ilə Dubayın “Əl Məmmərz” ərazisində yerləşən “Elm və Mədəniyyət” klubunun amfiteatr zalında Şeyxə Fatimə bint Mübarək müsabiqəsinin yeddinci buraxılışı keçirilir.
Bu müsabiqənin açılış mərasimi sentyabrın 16-da Dubay Mükafatının beynəlxalq Quran müsabiqəsinin təşkilat komitəsinin sədri, hökmdarın insan və mədəniyyət məsələləri üzrə müşaviri İbrahim Məhəmməd Buməhlənin, önəmli şəxsiyyətlərin və valideynlərin iştirakı ilə keçirilib.
Sentyabrın 22-i cümə gününə qədər davam edəcək bu yarışmada dünyanın 60 ölkəsindən Quranı bütövlükdə əzbərləyən qadınlar iştirak edir.
“Şeyxə Fatimə bint Mübarək” 7-ci Beynəlxalq Quran Hifzi müsabiqəsinin münsiflər heyəti Səudiyyə Ərəbistanından Şeyx Səccad ibn Mustafa Kamal, BƏƏ-dən Salim Məhəmməd Əl-Dubi və Abdullah Məhəmməd Əl-Ansari, Misirdən Məhəmməd Əl-Ərəbi Əhməd, Omandan Süleyman ibn Əli ibn Übeyd Əl Məxməri, Bəhreyndən Şeyx Vəlid Həsən Əli Cinahi və BƏƏ-dən xanım Muna Mətər Əl-Fəlasi, Suriyadan Meyson Əhməd Dəhman və Misirdən Nəhlə Nəbil Həsəndir.
İlk günün açılışı bu müsabiqənin əmirlik hakimi Şeyx Dr. Salim Əl-Dəbinin Qurani-Kərimi tilavəti ilə başlayıb. Səudiyyə Ərəbistanından olan Səccad Mustafa Kamal Əl-Həsən bu mərasimdə çıxışı zamanı Dubay Beynəlxalq Qurani-Kərim Mükafatının təşkilatçılarının səylərini yüksək qiymətləndirib.
Qeyd edək ki, Dubay Qadın Quran Yarışmasının ilk günündə 10 iştirakçı yarışıb
4169304