IQNA

İslamın əqidə prinsipləri; Ədalət / 27

Allaha yaxınlaşmağın yolu hər kəs üçün əlçatandır

21:50 - October 08, 2023
Xəbər sayı: 3494840
TEHRAN (IQNA) – Allaha yaxınlaşmağın əsas yolu Onu düzgün tanımaqdır. Allaha yaxınlaşmaq bütün insanlar üçün əlçatandır.

  İnsan inanmalıdır ki, kamilliyə gedən yol bütün insanların üzünə açıqdır və hər kəs bu yolda addımlaya bilər. Hər kəs öz bacarığına və ləyaqətinə görə savab və nemət almağa layiqdir. Necə ki, Allaha dualarımızda deyirik: "Ey zəiflə güclü arasında özünə yaxınlaşma yolunu bərabər edən Allah!".

  Ona görə də hər kəs sahib olduğu imkanlara və qabiliyyətlərə görə mükafat alır. 100 manatı olan şəxs Allah yolunda 10 manat xərcləsə, onun savabı Allah yolunda  1000 manatı olub, 100 manat xərcləyənin savabına bərabərdir.

 

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Ədalət)" kitabından götürülmüşdür.
captcha