IQNA

Sionist rejim Qəzzada xəstəxananı bombalayıb: Ən azı 500 nəfər ölüb

6:56 - October 18, 2023
Xəbər sayı: 3494880
QƏZZA (İQNA) - İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasını bombalaması nəticəsində 500 nəfərin öldüyü bildirilib.

"İQNA", xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qudra məsələ ilə bağlı açıqlama verib.

Qudra bildirib ki, İsrailin Qəzzada xəstəxananı bombalaması nəticəsində ölənlərin sayı 500-ə çatıb.

Xəstəxanada yüzlərlə yaralı, xəstə və evlərini itirənlərin olduğu açıqlanıb.

 

HƏMAS-ın Qəzzadakı hökumət ofisi tərəfindən edilən açıqlamada hücum "müharibə cinayəti" olaraq qiymətləndirilir.

captcha