IQNA

21:52 - October 18, 2023
Xəbər sayı: 3494883

Türkiyə Xarici İşlər Nazirliyi: "Bu vəhşi hücumları ən sərt şəkildə qınayırıq"

ANKARA (İQNA) - Türkiyə Xarici İşlər Nazirliyi, İsrailin Qəzzada xəstəxananı bombalaması ilə bağlı "Bu vəhşi hücumları ən şiddətli şəkildə qınayırıq" deyib.

Türkiyə Xarici İşlər Nazirliyi:

"İQNA", xəbər verir ki, İsrailin Qəzzada xəstəxananı bombalaması ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi sosial media hesabında bunları bildirib:

"Bu gün Qəzzada bir xəstəxananın hədəfə alınması nəticəsində yüzlərlə fələstinlinin həyatını itirməsinə və çoxlu sayda fələstinlinin yaralanmasına dərindən qəzəblənir və bu vəhşi hücumları ən şiddətli şəkildə qınayırıq. Hücumlarda həyatını itirən fələstinli qardaşlarımıza rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik. Birbaşa vətəndaşları hədəf alan, Xəstəxana və məktəblərə hücum edən bir zehniyyətin beynəlxalq hüquq və vicdan qarşısında cavab verməsi qaçınılmazdır!".

captcha