"İQNA", "Phil Goll"-saytına istinadən xəbər verir ki, Fransa Futbol Federasiyasının İntizam Komitəsi "Nis" klubunun 27 yaşlı əlcəzairli futbolçusu Yusif Ətalı 7 oyunda iştirak etməsinə qadağa qoyub.
Fransa Federasiyasının İntizam Komitəsinin qərarına əsasən, Yusif Ətal yəhudilərə qarşı nifrət dolu sözlər dərc etdiyinə görə antisemitizmdə ittiham olunub.
Bu əlcəzairli futbolçu şəxsi səhifəsində Mahmud Həsənat adlı fələstinli təbliğçinin klipini yayımlamışdı.
Fransa Futbol Federasiyasının nizam-intizam komitəsinin qərarına əsasən, Yusif Ətal oktyabrın 31-dən etibarən 7 oyundan kənarlaşdırılıb. Bu səbəbdən o, dekabrın 20-dək Nis komandasının oyunlarında iştirak edə bilməz.
Bununla bağlı Fransanın Nis şəhərinin meri Kristian Strosi Yusif Ətalı hədələyib ki, üzr istəməsə, klubu tərk etməli olacaq.
Qeyd edək ki, Yusif Ətal Əlcəzair millisi ilə oyunda Fələstin xalqı ilə həmrəy olduğunu boynuna Fələstin şərifi atmaqla bəyan etmişdi.
4178028