IQNA

Həcc mesajını çatdırmaq üçün yeni media vasitələrindən istifadə

8:02 - December 16, 2023
Xəbər sayı: 3495133
İQNA – Məscidül-Həram və Məscidun-Nəbəvinin Ümumi Müdirliyi Həcc mesajının çatdırılması üçün yeni media alətləri və texnologiyalarından istifadə ediləcəyini açıqlayıb.

"İQNA", “Əl-Xəlic 365” internet saytına istinadən xəbər verir ki, Rəqəmsal Təbliğat və Rəhbərlik Baş Müdirliyi bu məsuliyyəti öz üzərinə götürdü və müasir hafizə üsullarından istifadə edərək bütün dərslərin qeydə alınacağını, sənədləşdiriləcəyini, həyata keçiriləcəyini, altyazı veriləcəyini və xüsusilə YouTube sosial şəbəkəsinə və virtual platformalara yüklənəcəyini açıqladı.

Bu arada Məscidül-Həramın həyətlərində oxunan mühazirələrin canlı yayımı da internetdə mövcuddur.

Məscidül-Həram və Məscidi Nəbəvi Ümumi Müdirliyi də zəvvarlara müxtəlif dillərdə tərcümə xidmətləri və dini suallarına cavab verəcəkləri barədə məlumat verib.

Bu Baş İdarə bu xidmətlərdən əlavə, Həcc mesajını beynəlxalq dillərdə çatdırmaq üçün müxtəlif elmi kurslar və konfransların təşkilini də gündəmə gətirib.

Məscidül-Həram və Məscidi Nəbəvi Ümumi Müdirliyinin ən mühüm tədbirləri arasında Həcc mərasimləri ilə bağlı təlimlər, Qurani-Kərimin düzgün oxunması, dini mövzularda maarifləndirmə və dini sualların cavablandırılması kimi müxtəlif əməllərin təmin edilməsi var.

  4187755

captcha