IQNA

İsrail Qəzza zolağına hücumlarında 53 min ton bomba istifadə edib

16:56 - December 19, 2023
Xəbər sayı: 3495147
İQNA - Sionist rejim təqribən 2 ay yarımdır ki, mühasirədə olan Qəzza zolağında 53 min ton bombadan istifadə edib və 52 min 500 evi dağıdıb.

Hökumətin Qəzzadakı media idarəsindən verilən yazılı açıqlamada sionist rejimin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumların Qəzzada törətdiyi dağıntılar barədə məlumat verilib.

Qəzza zolağında Fələstin xalqına qarşı hərtərəfli soyqırım törədildiyi, İsrail və ABŞ qüvvələrinin Qəzza zolağının hər kvadratmetrini bombaladığı bildirilib.

Açıqlamada İsrailin hücumlarında 53 min ton bomba istifadə edildiyi, bombardmanlar zamanı Qəzza zolağında 52 min 500 evin tamamilə dağıdıldığı bildirilib.

Açıqlamada, İsrailin hücumları nəticəsində Qəzza zolağında ümumilikdə 254 min yaşayış məntəqəsinin qismən dağıldığı bildirilib.

Açıqlamada bildirilib ki, İsrailin həyata keçirdiyi bombardmanlar nəticəsində Qəzza zolağında hökumətə aid 126 ictimai bina və 112 məscid tamamilə dağıdılıb, 200 məscid isə qismən dağıdılıb, hücumlarda 3 kilsəyə ciddi ziyan dəyib. 90 məktəb və universitet tamamilə istismardan çıxarılıb, 282 məktəb və universitetin qismən dağıldığı bildirilib.

AA

captcha