"İQNA", Həzrət Əli (ə) Türbəsi İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, bu beynəlxalq toplantı hərəmin Darul-Quranının səyi ilə bu müqəddəs yerdə bir həftə davam edəcək.
Bu Quran proqramı yanvarın 20-də öz işinə başlayıb və yanvarın 25-dək davam edəcək.
Həzrət Əlinin (ə) mövludu münasibətilə təşkil edilən bu Quran tədbirində Darul-Quran mərkəzinin direktoru Əla Möhsin, həmçinin İranın beynəlxalq qarisi Həmid Rza Vəfayi və ilahi qrupları, habelə İraqın tanınmış qarisi Şeyx Əmir Kazimi bu həftə Quran proqramları keçirəcək.
Eləcə də bu ziyarətgah gələn həftə Həzrət Əlinin (ə) mövlud ildönümü münasibətilə müxtəlif dini, ictimai, mədəni və Qurani-Kərim proqramları da hazırlayıb.
4194996