IQNA

İslam ölkələri sionist rejimlə əlaqələrini kəsməlidir

7:07 - January 24, 2024
Xəbər sayı: 3495360
İQNA – İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xamenei müsəlman ölkələrinin sionist rejimlə əlaqələrini kəsməli olduğunu vurğulayıb.

İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xamenei İmam Xomeyni (r.ə) Hüseyniyyəsində Tehran vilayəti Şəhidlər Konqresinin üzvləri ilə görüşüb.

Ayətullah Xamenei burada çıxış edərək İslam ölkələrinə xitab edib və deyib: “Bəzən İslam ölkələrinin məsul şəxsləri (Qəzzə ilə bağlı) yanlış münasibət göstərirlər, çünki onların nəzarətindən çıxmış və şər sionist düşmənin işğalı altında olan Qəzzada atəşkəs məsələsini gündəmə gətirirlər. Müsəlman məmurlar öz səlahiyyətləri daxilində olan məsələlərə diqqət yetirməlidirlər”.

Ayətullah Xamenei qeyd edib: “Müsəlmanlar sionist rejimin həyati damarını və axınını kəsməyi düşünə bilərlər. İslam ölkələri sionist rejimlə siyasi və iqtisadi əlaqələrini kəsməli və bu rejimə kömək etməməlidirlər”.

İslam ölkələrinin Fələstinlə bağlı yanlış mövqeyini tənqid edən Ayətullah Xamenei, “Müsəlman məsul şəxslərin yanlış münasibətinə baxmayaraq, Qurani-Kərimdə də işarə edildiyi kimi, Allah möminlərin yanındadır və Allah harada olursa olsun, zəfər vardır” dedi.

İslam İnqilabının Rəhbəri deyib: “Qəzzə xalqının qələbəsi qətidir və Allah-Taala bu qələbəni gələcəkdə İslam ümmətinə göstərəcək və bütün müsəlmanlar, xüsusilə Fələstin və Qəzzə xalqı böyük sevinc hissi keçirəcək”.

captcha