İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün səhər saatlarında Xuzistan Vilayəti Şəhidlər Konqresinin üzvləri ilə görüşüb.
Ayətullah Xamenei Tehranda İmam Xomeyni (r.ə) Hüseyniyyəsində keçirilən məclisdəki çıxışında Xuzistan xalqının müqəddəs müdafiə dövründə (8 illik İran-İraq müharibəsi) böyük bir dastan yazdığını və bu uğurun xalqın dinə böyük inamı və səyləri nəticəsində əldə etdiyini bildirib.
Həzrət Ayətullah Xamenei “İslam hakimiyyətinin güclənməsinə və bir çox maneələri aşmasına şərait yaradan ən mühüm məsələ xalqın cümhuriyyətə və İslama inamıdır və gələcəkdə problemlərin həlli də eyni düşüncəni saxlamaqla mümkündür” dedi.
Düşmənlərin İran xalqını və İslamı yaxşı tanımadığını bildirən Ayətullah Xamenei deyib:
“İranın düşmənləri əmin idilər ki, İran İslam Cümhuriyyəti öz proqnozlarına görə qələbənin 40-cı ildönümünü görməyəcək, lakin İranın irəliləməsi dayanmadı. Allahın izni ilə xalqın böyük iradəsi və dini inancı ilə ölkənin tərəqqisi davam edəcək”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri insanlara olan inamın və dini inancın Qəzzədə də möcüzələr yaratdığını bildirib və əlavə edib: “Fələstin qüvvələrinin göstərdiyi müqavimətdən düşmənin məyus olması və Qəzzə xalqının hücumlar qarşısındakı səbri bu xalqın dini inancının güclü olduğunu göstərir”.
Qəzzə ilə bağlı insan haqları müdafiəçisi olduğunu iddia edən Qərbin ikiüzlülüyünün açıq şəkildə üzə çıxdığını bildirən Ayətullah Xamenei, “Bir cinayətkarın edam edilməsi ilə bağlı hay-küy salan qərblilər Qəzzədə 30 min günahsız insanın öldürülməsinə göz yumurlar”.
Ayətullah Xamenei BMT Təhlükəsizlik Şurasının Qəzzədə təcili humanitar atəşkəs tələb edən qanun layihəsinə veto qoyan ABŞ-ın qərarına reaksiya göstərərək, “ABŞ Qəzzaya hücumların dayandırılmasını tələb edən qanun layihəsinə həyasızcasına veto qoyub” dedi.
Bu, Qərb liberal demokratiyasının və mədəniyyətinin əsl simasıdır. Qərb siyasətçiləri kənardan ütülü paltarlarla gülümsəsələr də, içəridə quduz it və qaniçən canavardırlar.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri: “Biz inanırıq ki, Qərb sivilizasiyası öz məqsədinə çata bilməz və düzgün mədəniyyətə əsaslanan İslam məntiqi bütün problemlərin öhdəsindən gələcəkdir”.