IQNA

Aİ Xarici Siyasət Nümayəndəsi: "Fələstin dövləti rəsmən tanınmalıdır"

9:39 - May 03, 2024
Xəbər sayı: 3495876
İQNA – Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi bildirib ki, may ayının sonuna qədər bir çox Avropa İttifaqı ölkəsi Fələstin dövlətini tanıyacaq.

"İQNA", "Əl Qüds Əl-Ərəbi"-yə istinadən xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrel bazar ertəsi günü bir çox Aİ ölkələrinin Fələstin dövlətinin rəsmi olaraq tanınmasının gözlənildiyini açıqlayıb.

 Biz həqiqətən Fələstin dövlətini tanımaq istəyirik” deyən Borrel bu bəyanatı Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində verib.

Bundan əvvəl İspaniya və İrlandiya Fələstinin müstəqil dövlət kimi tanınması üçün beynəlxalq dəstəyi təmin edəcəklərini vəd etmişdilər.

İsrailin baş naziri Benyamin Netanyahu Fələstin dövlətinin birtərəfli qaydada tanınmasının HƏMAS üçün uğur olacağını bildirib.

Fələstin Muxtar Təşkilatı Mahmud Abbas siyasi həll yoluna nail olmaq, Qəzza və İordan çayının qərb sahilinin müstəqil Fələstin dövlətində birləşməsini təmin etmək üçün çalışdıqlarını bildirib.

İşğalçı rejim heç bir nəticə və uğur əldə etmədən Qəzza zolağını işğal etsə də, bu rejim hər gün daha çox daxili və xarici böhranlara batmaqdadır.

Bu müddət ərzində sionist rejim bölgədə qırğınlar, dağıntılar, hərbi cinayətlər, beynəlxalq hüququn pozulması, yardım təşkilatlarının bombalanması və aclıqdan başqa heç nəyə nail ola bilməyib.

Sionist rejim gələcəkdə qazanc əldə edib-etməməsindən asılı olmayaraq, bu müharibədə uduzmuş kimi görünür. İllərdir mühasirədə olan kiçik bir bölgədəki müqavimət qruplarını ələ keçirə bilməyib. O, hətta Qəzzada törətdiyi aşkar cinayətlərə görə dünya ictimai rəyinin dəstəyini itirib.

4213053

captcha