İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Quranın ən son tematik tərcüməsi olan “The Majestic Quaran” adlı kitabın müəllifi doktor Müşərrəf Hüseyn “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə Qəzzadakı müharibədən sonra Quran tərcümələrinin çap olunmuş nüsxələrinin artdığını və tərcümələrin elektron nüsxələrinin yüzlərlə dəfə yükləndiyini bildirib.
Müşərrəf ingiliscə tərcüməsində sadə dildən istifadə etdi və yeni müsəlmanlar və ya İslamı anlamaq istəyənlər üçün Quran anlayışlarının başa düşülməsinə töhfə verdi.
Ayələrin hərfi tərcüməsinə əsaslanan əvvəlki tərcüməçilərin yanaşmasından qaçdığını qeyd edən Müşərrəf Hüseyn Qurandakı hekayələrin hər birinə ayrıca başlıq verdiyini, bu hekayə bitdikdən sonra isə növbəti hekayəyə müqəddimə olaraq başqa bir başlıq əlavə etdiyini söylədi.
Bu üsulun oxuculara təsiri ilə bağlı Müşərrəf Hüseyn bildirib ki, Quran surələrinin mövzularına görə bölünməsi və hekayədəki hekayələrin hər birinə ayrıca başlıq verilməsi kimi tərcümə üsulunu tərifləyən yüzlərlə mesaj və müsbət şərhlər alıb.
O, həmçinin Misirdəki Darul-İfta kimi bir çox dini qurumların tərcüməni təsdiqlədiyini bildirib.
Kitabında ərəbcə təfsirlərdən də yararlandığını bildirən Müşərrəf, bu tərcüməni yeni müsəlmanların övladlarına Quranı asanlıqla başa düşə bilmələri üçün etdiklərini söylədi.
O, həmçinin bildirib ki, bu Quran tərcümələrinin bir çoxu İngiltərə və Şotlandiya parlamentlərinə, eləcə də Britaniya şəhər şurasına hədiyyə edilib.
Nəhayət, Müşərrəf Hüseyn sionist rejimin Qəzzəyə qarşı müharibəsində Qəzzə xalqına dəstəyin və müharibəni dayandırmaq üçün siyasətçilərə təzyiq göstərməyin vacibliyini vurğulayıb.
4214120