IQNA

İspan Muzeyinin Fələstinə dəstəyi sionistləri qəzəbləndirib

8:10 - May 13, 2024
Xəbər sayı: 3495936
İQNA – Sionist rejim Fələstin xalqına dəstək məqsədilə İspaniyanın paytaxtında yerləşən muzeylərdən birində keçirilən proqrama reaksiya verib.

"İQNA", "Əl Hurra" saytına istinadən xəbər verir ki, İsrail səfirliyi və İspaniyadakı yəhudi icması Madriddəki Reina Sofia Muzeyinin proqramlarında Fələstin tərəfdarı olan bir sıra fəaliyyətləri pisləyib. Həmçinin o, "İsrailin aradan qaldırılması" üçün çağırış edildiyini iddia etdi.

Reina Sofia Muzeyinin internet saytında verilən açıqlamada, bu fəaliyyətlərin Qəzzada müharibənin sona çatması üçün ortaq məqsəd istiqamətində bir sıra konfranslar, müzakirə seansları və fələstinli sənətçilərlə görüşlər təşkil edildiyi bildirilib.

 Çaydan dənizə” şüarı 1948-ci ildə sionist rejimin qurulmasından əvvəl İordan çayından Aralıq dənizinə qədər Britaniyanın himayəsində olan Fələstinin sərhədlərinə aiddir. Lakin sionist rejim iddia edir ki, bu şüar bu rejimin aradan qaldırılmasına yönəlib. Çoxları bunu fələstinlilərin hüquqlarını əldə etmək üçün edilən bir hərəkət kimi qiymətləndirir.

Madriddəki Reina Sofia muzeyi bu şüarı emosional tərif kimi qiymətləndirərək, 1960-cı illərdən bəri mövcud olduğunu və məqsədinin fələstinlilər üçün bərabər hüquqlara nail olmaq olduğunu bildirib.

Digər tərəfdən, İspaniya Yəhudi İcmaları Birliyi Fələstinə dəstək nümayişlərində tez-tez təkrarlanan bu şüarı pisləyib.

4215158

captcha