"İQNA", "Espanaenarabe" saytına istinadən xəbər verir ki, Melilla Şəhər Zəvvarlar Komitəsinin sədri bildirib ki, zəvvarların Həcc ayinlərini yerinə yetirə bilmələri üçün bu həftə Melilla Mərkəzi Məscidində müxtəlif görüşlər keçiriləcək və onların Həcc ziyarətinə hazırlanması üçün lazımi məlumatlar veriləcək. Bundan əlavə, Məkkəyə getməzdən əvvəl zəvvarlar İspaniyanın səhiyyə orqanlarının tövsiyələrinə uyğun olaraq peyvənd olunacaqlar.
Komitə bu açıqlama ilə çıxış edib: "Melilla şəhərində müsəlman azlığın lideri Ömər Dodo ƏlFantinin 1980-ci illərin ortalarında müsəlmanları pulsuz həcc ziyarətinə göndərmək proqramı həyata keçirməsindən 36 il keçir. 1987-ci ilin mart ayından başlayan bu proqrama əsasən, Melilla və Septe şəhərlərindən minlərlə müsəlman Həcc ziyarətini yerinə yetirmək üçün Məkkəyə getdi.
Şəhər Həcc komitəsinin mətbuat katibinin sözlərinə görə, həmin vaxt şəhərdə camaat öz vətəndaş hüquqlarının tanınması uğrunda mübarizədə çox çətin günlər yaşayırdı. Ona görə də pulsuz Həcc hədiyyəsi onlar üçün ümidverici tədbir kimi həyata keçirilib. O vaxtdan bəri bu hədiyyə ənənə halını alıb və melillalılar hər il Quranın göstərişlərinə uyğun olaraq Həcc ziyarətinə gedirlər.
Melilla İspaniyanın Şimali Afrikadakı ərazisidir. İspaniya Konstitusiyasına görə, Seuta (Sebte) ilə xüsusi əyalət statusuna malikdir. Mərakeşlə həmsərhəd olan şəhərin əhalisi müsəlman və xristianlardan ibarətdir və rəsmi dili ispan dilidir.
4219009