IQNA

Ərəbistan və Makedoniya dini işlər sahəsində əməkdaşlıq sazişi imzalayıb

10:51 - July 25, 2024
Xəbər sayı: 3496398
İQNA – Səudiyyə Ərəbistanının Dini İşlər Nazirliyi ilə Makedoniya Respublikası İslam Birliyi arasında dini məsələlərdə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

"İQNA", "Əl-Hədis" saytına istinadən xəbər verir ki, Makedoniyanın paytaxtı Skopyedə Səudiyyə Ərəbistanının dini işlər nazirinin müavini Əvad Əl-Əzizi ilə Makedoniya Respublikası İslam Birliyinin prezidenti Hafiz Fəttahu arasında İslam işləri ilə bağlı müqavilə imzalanıb.
Razılaşmada tərəflər islami təhsil, islamşünaslıq sahəsində müxtəlif dillərdə araşdırmalar, kitab və elmi nəşrlərin mübadiləsi, elmi seminarlar və birgə təlim kurslarının keçirilməsi, müəllim və imamların hazırlanması, İslamın təbliği üçün birgə sərgilərin təşkili, iki ölkədə keçirilən İslami konfrans və seminarlarda iştirak etməklə yanaşı, bu sahədə birgə proqramların təşkili və təcrübə mübadiləsinə dair əməkdaşlıq əldə edilmişdir.
Həmçinin hər iki tərəfin məscid, memarlıq və təmir sahələrində əməkdaşlıq etməsi qərara alınıb. Məscid işçilərinin iştirakı ilə məscid memarlığı və təmiri sahəsində birgə seminarlar təşkil olunacaq.
Tərəflər həmçinin Qurani-Kərimin çapı və tərcüməsi sahəsində təcrübə və bilik mübadiləsi, Quran hifzi yarışlarında iştirak və Quran dərnəkləri və məktəbləri üçün qaydalar, Quran əlyazmalarının saxlanılması sahəsində təcrübə mübadiləsi barədə razılığa gəliblər.
4227919

captcha