"İQNA"-nın Ümumdünya Müsəlman Alimləri Birliyinin informasiya bazasına istinadən verdiyi məlumata görə, Paris Olimpiya Oyunlarının açılış mərasimində yaranan qalmaqallardan sonra Dünya Müsəlman Alimləri Birliyi bəyanat yayaraq, 2024-cü ilin açılış mərasimindən kəskin narazılığını ifadə edib. Paris Olimpiadalarında dinlərə edilən təhqirlərə və başda İsa (ə) olmaq üzrə Allahın peyğəmbərlərinə edilən təhqirlərə şahidlik etdiyi ifadə edildi.
Ümumdünya Müsəlman Alimləri Birliyi bəyanat yayaraq bildirib: "Bu mərasimdə baş verənlər misli görünməmiş əxlaqi deqradasiya və mənəvi dəyərlərin və insani prinsiplərin açıq şəkildə pozulmasını, Uca Allaha və Onun elçilərinə olan bütün möminlərin hisslərinə hücumu göstərir. Həmçinin birlik və anlaşma ruhunun açıq şəkildə pozulmasını ifadə edir".
Həmin bəyanatda deyilir: "Bu gün biz Qərb dəyərlərinin həyatın bütün sahələrində getdikcə daha çox tənəzzülə uğradığının şahidi oluruq, çünki onlar mənəvi-əxlaqi dəyərlərdən əl çəkərək ailənin dağılmasını, insan münasibətlərinə biganəliyi və əxlaqi degenerasiyanı təbliğ etməyə başlayıblar".
Ümumdünya Müsəlman Alimləri Birliyi öz bəyanatında vurğulamışdır: "Bu mərasimdə diqqət çəkən dəyərlər bütün ilahi qanunlara və insan fitrətinə ziddir; çünki bu, cəmiyyətlərin tənəzzülə uğramasına, fəsad və cinayətlərin yayılmasına, insanlar arasında kin və hörmətsizliyin yayılmasına səbəb olur".
Bu birlik həmçinin sözügedən olimpiadada Fransa rəsmilərinin sionist işğal rejimini qətiyyətlə alqışladıqları barədə bəyanatlarına təəccübləndiyini bildirib. Bu rejim dünyanın gözü qarşısında uşaqları, qocaları, qadınları qətlə yetirməkdə və insan hüquqlarını pozmaqda davam edir.
Bu bəyanatın başqa bir hissəsində deyilir: "Bu baxımdan imam və xətiblərdən xahiş edirik ki, öz xütbələrində və dərslərində bütün peyğəmbərlərə və elçilərə ehtiram göstərməyin vacibliyinə və onlara iman gətirməyin bizim dinimizin əsaslarından biri olduğuna diqqət yetirsinlər və bütün səmavi dinlərdə onların yüksək mövqeyini vurğulasınlar. İsa (ə) haqqındakı mövqeyimizi xatırladır və onun Allahın böyük peyğəmbəri və elçisi və ulul-əzm peyğəmbərlərindən biri olduğunu vurğulayırıq. Həmçinin biz Allahın birliyinə çağırmaqda onun səmavi missiyasının olduğuna inanırıq".
4228937