IQNA

Britaniya müsəlmanları son hadisələrdən sonra öz təhlükəsizliklərindən narahat olublar

23:54 - August 28, 2024
Xəbər sayı: 3496572
İQNA –Britaniyada keçirilən yeni sorğu bu ölkədə müsəlmanların artan narahatlıq və qorxusunu ortaya qoyur.

"Skynews"-un verdiyi məlumata görə, İngiltərədə ifrat sağçı qrupların zorakılığı nəticəsində baş verən son iğtişaşlardan sonra bu ölkədəki müsəlmanların 75 faizi təhlükəsizliklə bağlı narahatlıqları olduğunu bəyan edib.
İyulun sonu və avqustun əvvəlində İngiltərə və İrlandiyanın şimalındakı bəzi şəhərlərdə ifrat sağçı ekstremistlərin başlatdığı iğtişaşlar bütün ölkəni şoka salıb.
Tədqiqatın nəticələrinə görə, Britaniyada müsəlmanların dörddə üçü iğtişaşlar başlayandan bəri 60 faiz artaraq öz təhlükəsizlikləri ilə bağlı narahatlıq və qorxularını ifadə edib.
Sorğu Britaniyada yaşayan 200-ə yaxın müsəlman qadın arasında aparılıb və onlar iğtişaşlardan əvvəl və sonra özlərini necə təhlükəsiz hiss etdiklərini izah ediblər.
Keçən iyulun sonunda üç qızın öldürülməsinə cavab olaraq İngiltərə və Şimali İrlandiyanın onlarla şəhərində iğtişaşlar baş verdi.
İfrat sağçı qruplar şübhəlinin şəxsiyyəti ilə bağlı dezinformasiyanın yayılmasından sonra iğtişaşlara səbəb olub və son günlər bir çox insan nifrət nitqi yaydığına görə həbs edilib.
4233850
 

captcha